Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Ramal İsrafilov: “Evdə geyimlərdən yer yoxdur”

16-08-2014


     Müğənni-bəstəkar Ramal İsrafilov libas seçməyin onun üçün problem olduğunu etiraf edib: “Həyatda ən böyük problemim paltar almaqdır. Evdə geyimlərdən yer yoxdur. Amma hər dəfə alış-verişə çıxanda nə qədər paltar alıb gətirirəm. Onun heç yarsını geyinmirəm. Bədxərcəm, harasa gedəndə mütləq nəsə almalıyam”.

    Müğənni Gülay Zeynallıda  libaslarından danışıb. Sənətçi internet vasitəsilə alış-verişi xoşladığını deyib: “Avtomobilimin arxası ikinci qarderobumdur. Gündə bir neçə tədbirə gedirəm, hər dəfə evə qayıdıb paltarımı dəyişmək imkanım yoxdur. Buna görə də, libasım ürəyimcə olmayanda tez maşındakılardan birini geyinirəm. Bahalı paltar almıram, israfçılıqdır. Çünki mən tanınmış simayam. Bir libası iki dəfədən artıq geyinə bilmirəm. Amma ayaqqabını illərlə geyinərəm, ona görə də, ona nə qədər lazım gəlsə, pul xərcləyirəm. Əsasən, internet vasitəsilə alış-verişi xoşlayıram. Çünki belə daha ucuz başa gəlir”

    Türkiyənin tanınmış rejissoru Teoman Topçu Bakıya gəlib. Rejissor müğənni Rəqsanə İsmayılovanın qonağı olub. Ötən gün ifaçı Teoman üçün qonaqlıq verib. Restoranların birində baş tutan gecədə qonaqlar arasında müğənni Aysel Əlizadə, Rəqsanənin qızı Aysun İsmayılova da olub.

     Müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddin bəyin ad günüdür.  Sənətçi həyat yoldaşını İnstaqram vasitəsilə təbrik edib. O, toy şəkillərini paylaşaraq “Ad günün mübarək, sevgilim. Bizi sosial şəbəkədə təbrik edən hər kəsə, eləcə də sənət dostlarıma minnətdaram. Ailəmiz adından “çox sağ olun” deyirəm” sözlərini yazıb. Xatirənin həyat yoldaşını təbrik edənlər arasında əməkdar artist Nüşabə Ələsgərli, müğənni İradə İbrahimova, Nazim Məmmədov, yumor ustası Fərda Xudaverdiyev və başqaları yer alıb.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

1359 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul