ULDUZ
Elza Seyidcahan yeni ev arzulayır
24-08-2019

"Arzu edirəm ki, mən də yeni tikilidən ev alım. Allah mənə də "novostroyka"da yaşamaq nəsib etsin".
Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib.
O, köhnə evdə yaşadığını deyib.
Seyidcahan yeni ifaçıları da tənqid edib və bildirib ki, bəstəkarlara hörmət olunmur: "Hərdən bəstəkar mahnılarını götürür, istədiklərini çıxarır, istədiklərini saxlayırlar. Bəstəkarın əsərinə əl vurmaq olmaz. Onları görəndə ürəyim ağrıyır. Bu, bir cinayətdir. Kimlərisə aşağılamaq istəmirəm. Amma olmaz".
360 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Mart
6 Mart