Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Natavan Həbibi növbəti konsertinə hazırlaşır

13-08-2014


    Müğənni Natavan Həbibi növbəti konsertinə hazırlaşır.  Sənətçi bu dəfə Nabranda çıxış edəcək. Konsert avqustun 16-da “Atlant” istirahət mərkəzində baş tutacaq. Hit mahnılarını səsləndirəcəyini deyən N.Həbibi sevənlərinə əyləncəli anlar yaşadacağını vəd edir.

    Müğənni Xatirə İslam uzun illərdən sonra ilk dəfə dənizə gedib. Həmişə bağında dincəlməyə üstünlük verən sənətçi oğlu ilə çimərliyə yollanıb. Yeni fotolarını İnstaqram səhifəsində paylaşan ifaçı “Neçə illər ərzində ilk dəfə dənizdə” deyə bildirib.  Xatirə daha sonra oğlu üçün bunları qeyd edib: “Allah bütün balaları saxlasın, içində də mənimki. Amin! Allah olmayanlarada qismət etsin”.

    Əslən azərbaycanlı olan Rusiyanın tanınmış müğənnisi Bahh Tee Bakıda konsert verəcək. Avqustun 17-də baş tutacaq konsert müğənni-bəstəkar Eminin sahib olduğu “Sea Breeze”də keçiriləcək. Gecədə sevilən mahnılarını səsləndirəcək ifaçı qonaqlara sürprizlər də vəd edib. Konsertə biletlərin qiyməti 50-20 manatdır.

    Müğənni İradə İbrahimova ailəsinin yeni fotolarını İnstaqramda paylaşıb. Balaca İpəyin şəkillərdəki hərəkətləri hamını təəccübləndirib. Eyni zamanda İ.İbrahimovanın daha da arıqlaması ilə bağlı şərhlər yazılıb. Qeyd edək ki, İradə türkiyəli iş adamı Ceyhun İzərlə ailə qurub. Türkiyədə yaşayan sənətçi ailəsi ilə birlikdə Bodrumda dincəlir.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

763 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul