Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya Ayxan “Mən sənsiz” adli klipini təqdim edib

12-08-2014


     Müğənni Röya Ayxan “Mən sənsiz” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Sözləri Azər Şirinə, musiqisi Pərviz Mahmudova məxsus olan mahnını türkiyəli rejissor Müjdat Küpşi ekranlaşdırıb.  Klip "Möhtəşəm yüz il" serialının çəkildiyi məkanda lentə alınıb.

    Əməkdar artist Abbas Bağırov insanların ona olan sevgisindən yazıb. Müğənni İnstaqram səhifəsində çox xoşbəxt olduğunu vurğulayıb: “Şükür Allahıma. Çünki mən çox varlı insanam. Allahım mənə sevgi, səbr, gözəl ailə və dostlar bəxş edib. Sevdiklərim və məni sevənlərim var. Bundan qiymətli nə ola bilər? Allah sevənlərinizi, sevdiklərinizi qorusun!”.

    Müğənn-bəstəkar Emin oğlanları ilə istirahətə yollanıb. İfaçı dəniz kənarında dincələrkən çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşıb. O, oğlanları Əli və Mikayılla olan fotoların yanına “Sevgi... Heç bir şeylə müqayisə olunmaz” sözlərini yazıb. Emin eyni zamanda anası İrina Ağalarova ilə fotosunu da yayımlayıb.

    Rəqqasə Oksana Rəsulova Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” rəqs yarışmasındakı növbəti çıxışı ilə də münsifləri təəccübləndirib. Sənətçi ötən həftəkilərə nisbətən bu dəfə yumoristik tamaşa nümayiş etdirib. Onun bu çıxışı münsif kürsüsündə əyləşən məşhurları güldürüb.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

786 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul