Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Niyaməddin Musayev: “Bunu özümə bağışlaya bilmirəm”

09-08-2014


   Xalq artisti İlhamə Quliyevanın İtaliyaya yollanib. Axşam.az-ın məlumatına görə, müğənninin Milanda çəkilən fotolarını aparıcı Lamiyə Ələkbərova İnstaqram səhifəsində paylaşıb. İ.Quliyeva ilə şam yeməyinə çıxan Lamiyə “Kraliça ilə yaddaqalan axşam. Milanın mərkəzində işgüzar səfərdəyik” sözlərini yazıb. 

   Xalq artisti Niyaməddin Musayev “Hər şey daxil” verilişinin qonağı olub. Müğənni formada qalmağının sirrini açıqlayıb. O, hər gün idman etdiyini və üzgüçülüklə məşğul olduğunu bildirib: “Son günlərdə 2 kiloqram kökəlmişəm. Bunu özümə bağışlaya bilmirəm. Formada qalmaq üçün yeyib-içdiyimə diqqət edirəm. Hər gün idmanla məşğul oluram. Trenajora, üzgüçülüyə gedirəm. Az yeyirəm. Amma səhər yeməyim mütləq olmalıdır. Pendir, yağ, hərdən düyü sıyığı, yarma yeyirəm. Bədəni mütləq tərbiyələndirmək lazımdır”. 

    Xalq artisti Faiq Ağayev “Hansı dildə danışırıq” mövzusunda fikirlərini bölüşüb. “Təmiz Azərbaycan dilində danışılmır. Məsələn “brat” sözü işlədilir. Bunu bizim dildə də demək olar. Mən “selfie” sözünü öz dilimizə tərcümə etmişəm: şəxs əks. Bir az fars dilinə yaxındır, amma qəbulediləndir. Bu sözü ruslar da doğma dillərinə çevirib, türklər özçəkim deyir. Bizdə “çəkmə” sözü “ayaqqabı”ya oxşadığından, ondan istifadə etmədim”.

    Hazırda Hindistanda olan rəqqasə Oksana Rəsulova jurnalistlərlə görüşüb. Sənətçi eyni zamanda radio verilişlərinin birində qonaq olub. O, çıxışlarından, yaradıcılığından danışıb: “ZEE TV kanalının nümayəndəsi ilə Naqpura getdim. Təyyarə ilə 1,5 saatlıq yol idi. Burada ilk mətbuat konfransım keçirildi. Radioda qonaq oldum. Telekanallara müsahibə verdim”. 

 

Əhəd Miriyev

 

Muz-Tv.az



 

996 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul