Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Elza Seyidcahan: “Özümü Hülya Avşara bənzətmirəm”

08-08-2014


    Əməkdar artist Elza Seyidcahan ona irad tutanlara cavab verib. Axşam.az-ın məlumatına görə, müğənni tamaşaçıların onu özünü türkiyəli ifaçı Hülya Avşara bənzətməkdə günahlandırdığını deyib. “Hülya Avşarı çox bəyənirəm. Güclü, sayılıb-seçilən xanımdır. Mən hər zaman başqalarının yaxşı xüsusiyyətlərini götürməyə çalışıram. Amma həmişə özüm olmuşam. Özüməməxsus saç düzümlərim, geyimlərim var. Heç vaxt Hülya Avşara bənzəməyə çalışmamışam”. 

    Müğənni Mətanət Əsədova peşman olub. İfaçı efirdə ona avtomobil və ev hədiyyə etdiklərini dediyi gündən telefonunun susmadığını söyləyib. M.Əsədova hər gün bir nəfərin ondan kömək istəməsindən şikayətlənib: “Efirdə dedim ki, maşınımı, evimi hədiyyə ediblər. O gündən sonra gələn zənglərdən bezmişəm. Nə qədər insan mənimlə əlaqə saxlayıb, kömək istəyir. Gah xəstəyik, gah da imkansızıq deyirlər. Aralarında bəzilərinə maddi yardım etdim. Amma sonra peşman oldum. Artıq o cür zənglərə cavab vermirəm”.

    Müğənni Kərim Abbasov ötən gün mediada haqqında “avtoş”luq etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib. Sənətçi avtomobil sürərkən çəkilən görüntülərin iki il bundan əvvəl lentə alındığını bildirib: “Bu video iki il əvvəl “Facebook” səhifəmə yerləşdirilib. İkincisi də, Bakıda yox, Gürcüstanda çəkilib. Sürətlə sürmək “avtoş”luq deyil. Bu, sürət həddini aşmaq deməkdir. “Avtoş” olsaydım, indi polis tərəfindən cəzalandırılmışdım”. 

    Efirdə gördüyümüz sənət adamları real həyatda olduqca fərqlidirlər. Axşam.az sorğu apararaq onların özlərində bəyənmədikləri mənfi xüsusiyyətlərini öyrənib. 
Xalq artisti Flora Kərimova – İşığı sevmirəm, çox qəddaram, inadcılam. Nəsə beynimə gəldisə, onu mütləq edəcəm. Mətbəxdə başdan ayağa qüsuram. 
Şoumen Murad Dadaşov - Tənbələm, bədxərcəm, bəzən iradəsizəm. Tərs insanam, içimdə qəribə bir qibtə hissi var. 
Əməkdar artist Tünzalə Ağayeva - Vasvasıyam, sadəlövhəm. Bir məkana və insana gec öyrəşirəm. 
Müğənni Roya Ayxan - Bir işin sonuna kimi gedə bilmirəm, səbirsizəm. Çox qəlblər sındırmışam.
Aktyor Bəhram Bağırzadə
 – Çox sərtəm. Hər şeyi ürəyimə salıram. Simicəm, qara günüm üçün nəsə yığıram. Yaddaşım pozulub. 
Müğənni Zamiq Hüseynov – Qısqancam... Dostlarımı da qısqanıram. Səbirsizəm, sevgidə həmişə əziyyət çəkirəm. Sevdiyim insanları incidirəm, bədxərcəm. 
Müğənni Xəyyam Nisanov –Küsülü olduğum insanla heç vaxt barışmaram. İlk addımı o atmalıdır. Kinli deyiləm. Buna görə çox peşman olmuşam. 
Müğənni Nadir Qafarzadə - Tez-tez depressiyaya düşürəm, aqressivəm, vasvasıyam. Bədbəxtçiliyim odur ki, kiməsə sevgimi göstərə bilmirəm. 

 

Əhəd Miriyev

 

Muz-Tv.az

838 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul