Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımovanın konserti təxirə salındı

05-08-2014


    Xalq artisti Aygün Kazımovanın avqustun 22-də Nabranda keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.

Axşam.az-ın məlumatına görə, bu barədə konsertin təşkilatçısı prodüser Tarix Əliyev yazıb. O, İnstaqram səhifəsində bildirib ki, Azərbaycanın 13 əsgərinin şəhid olduğu bir zamanda konsert etmək fikrində deyillər:

“Aygün Kazımovanın Nabranda, 22 avqust tarixində təyin etdiyi konserti təxirə salıram. Son günlər Azərbaycanın mərd, igid oğullarının şəhid olması tək öz ailələri üçün deyil, bu torpaqda gəzən hər bir vətəndaşın uğrunda olub. Mən bəziləri kimi pula görə insanların gözündən düşə bilmərəm. Çünki bizi bu səviyyəyə qaldıran xalqdır. Yaxınımız öləndə hansı qohum-əqraba toya gedir?! Heç kim! Ona görə də bəzi şeyləri istisna etməklə ( işimlə əlaqədar) şəhidlərimizin qırxı çıxmayana qədər heç bir təşkilatçılıq işi etməyəcəyəm”.

   Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə əsgərlik fotolarını paylaşıb. Müğənni müharibəyə getməyə hazır olduğunu yazıb: “Əgər vətən çağırsa, 1984-cü ildən buna hazıram. Özgələrin heç nəyi bizə lazım deyil. Amma özümüzə aid olanı da heç kimə vermərik”.

   Müğənni-bəstəkar Ramal İsrafilov şəhid analarına şeir yazıb. Sənətçi şeir üçün video-çarx da hazırladıb. “Ağlama anam, ağlama bacım” adlanan şeiri R.İsrafilov özü səsləndirib. Videoda istifadə olunan musiqinin müəllifi isə Jalə Parıltıdır. 

   Müğənni Əbdül Xalid avtomobil qəzası keçirib.  Sənətçinin “Kia” markalı maşınının qabaq hissəsi əzilib. Ə.Xalid heç bir xəsarət almadığını deyərək, günahın qarşı tərəfdə olduğunu bildirib: “Günah onda oldu. Xahiş etdi, yalvardı, mən də bağışladım. Dedim, heç nə lazım deyil, çıx get”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

785 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul