Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdi

04-08-2014


    Cəbhə bölgəsindəki atışma zamanı şəhid olan əsgərlərimizin ailəsinə başsağlığı verənlər arasında türkiyəli sənət adamları da yer alıb.  Axşam.az-ın məlumatına görə, müğənni Əmrah "Facebook" səhifəsində bayrağımızın şəklini paylaşaraq "Azərbaycanda həyatını itirən şəhidlərin ruhları şad olsun. Azərbaycan xalqına səbr diləyirəm" sözlərini yazıb. Mustafa Ceceli isə "Vətən başın sağ olsun. Şəhidlər ölməz, vətən bölünməz" yazılmış şəkli paylaşıb. Avqustda Bakıya gələcək Demet Akalın da olanlara biganə qalmayıb. O, "Vətən başın sağ olsun. Azərbaycan - qardaş ölkə matəmdədir", - deyə yazıb.  İfaçı Mərvə Özbey isə "Şəhidin şəhidimizdir. Allah rəhmət eləsin, Azərbaycan" deyərək başsağlığı verib. Müğənni İşın Karaca  Azərbaycan bayrağının fotosunu paylaşaraq "Hər gün dünyanın bir yeri qanayır xəbəri ilə oyanmaq..." yazıb. Azərbaycana başsağlığı verənlər arasında modelyer İvana Sərt, aktrisa Mine Tuğay da var.

     Türkiyəli müğənni Gülbən Ərgən də Azərbaycan xalqına cəbhə bölgəsində şəhid olan əsgərlərimizlə bağlı səbr diləyib. Sənətçi sosial şəbəkədə şəhidlərin ailələrinə başsağlığı verib: “Azərbaycana səbr diləyirəm. Qardaşlarımızın, ailələrinin və yaxınlarının başı sağ olsun!”.

     Müğənni Mahsun Kırmızıgül isə “Azərbaycan ağlayır” sözlərinin yazıldığı fotonu paylaşaraq bunları vurğulayıb: “Azərbaycan ermənilərin silahlı hücumuna məruz qalıb. Azərbaycanlı əsgərlər şəhid olub. Soma faciəsində bizim acımızı bölüşdüyünüz kimi, biz də sizin dərdinizə şərikik. Allah səbr versin, məkanları cənnət olsun”.

     Sibel Can da şəhid olan əsgərlərin adlarını paylaşaraq "Qardaş ölkə Azərbaycan... Şəhidlər ölməz, vətən bölünməz" sözlərini yazıb. Türkiyəli aktyor Tolqa Karel İnstaqram səhifəsində Azərbaycandan yazıb. “Qardaş ölkəmizə başsağlığı diləyirəm. Azərbaycanda illərdir yaşanan bu dəhşət artıq insanın əhvalını korlayır. Təəssüf, çox təəssüf”. 

     Müğənni Sinan Akçıl Azərbaycanın dərdinə şərik olduğunu vurğulayıb: “Uzaqlarda olsam da, unutmadım, unutdurmadım.  Əsgərlərimizin məkanı cənnət olsun. Dərdimiz böyükdür. Vətən sağ olsun! Yanınızdayıq. Bir millət, iki dövlət”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

743 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti