Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Aybəniz Haşımova: "Gərəkdirsə, savaşa mən də gedəcəyəm"

04-08-2014


    3 gündür ki, baş verən bu hadisələrə sənətçilərimiz də biganə qalmayıblar. Xalq artisti Aygün Kazımova İnstaqram səhifəsində cəbhədə şəhid olan əsgərlərimizdən yazıb. Hazırda Türkiyədə olan müğənni onların ailəsinə başsağlığı verib:"Azərbaycanın Vətən uğrunda şəhid olan oğullarına Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Dərdinizə şərikəm".

   "Qarabağ Azərbaycana qayıdacaq. O gün olacaq. Mütləq olacaq. Amma o günü görməyimiz üçün istər ön cəbhədə, istər arxa cəbhədə bir olmalıyıq" ,bunu tanınmış ifaçı, əməkdar artist Aybəniz Haşımova öz "Facebook" səhifəsində paylaşdığı statusunda qeyd edib. "Bizim qüdrətli dövlətimiz, ordumuz, oğullarımız var. Bu gün hər birimiz bu addımda ölkəmizin, dövlətimizin yanında olmalıyıq. Savaş qalıb bir yanda, biz öz ölkəmizin bəzi xoşagəlməz halları ilə qarşılaşırıq... Bütün sənət əhlinin ürəyi Vətənlə, sizinlə yanır, əzizlərim. And içirəm sizə, gərəkdirsə, mən də gedəcəyəm savaşa. Özü də arxa cəbhədə yox, ön cəbhədə durmağa. Bunu 1992-ci ildə də etdim. Yenə də edəcəyəm. Kimsə səhv etsə də, onu öz içimizdə başa salaq ki, düz etmədin. Onu söymək, döymək və yaxud da haqqında ləyaqətsiz ifadələr işlətmək bizə gərək deyil. Vətənimin səhvli, səhvsiz bütün övladlarına qurban olum. Onlar bizimdirlər. Vətən hər birimizin evidir. Onun tərkibində yaşayan bütün övladlar bizim balamızdır. Onları yalnız tərbiyə edə bilərik, söymək yox. Gəlin biri-birimizə dayaq və kömək olaq. Bu da Vətən borcudur!" - deyə, əməkdar artist daha sonra qeyd edib.

   Əməkdar artist Elza Seyidcahan da sosial şəbəkələrdə sənət adamları ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib: “Müğənnilərin uşaqları da əsgərliyə gedir. Hətta özləri də əsgərlərlə birlikdə səngərlərdə olurlar. Bunu mətbuatdan, efirdən görürsünüz. Qaldı ki, ölümə... Hamımız öləcəyik. Baxır necə... Əsas odur ki, Tanrıdan özümüz üçün şərəfli ölüm arzulayaq. Allahdan böyük varlı yoxdur. Artıq neçə ildir ki, oğlumla, qızımla müharibə bölgələrindəyik. Birlikdə cəbhələrdə olmuşuq - N saylı hərbi hissələrdə... Siz bunları bilməlisiniz. Alnımıza nə yazılıbsa, ondan keçə bilmərik”.

Biz də sonra Allahdan rəhmət diləyirik.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

 

 

809 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti