ULDUZ
Aygün Kazımova səhnə geyimlərinə fikir verir - video
11-07-2019

"Səhnədəki çıxışımız, performansımız, geyimimiz bir-birinə həm stil, həm rəng baxımından uyğun gəlməlidir. Filipp Kirkorov dedi ki, nə və necə istəyirsən geyin, amma paltarın eskizini mənə at, bilim".
Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova deyib.
O, "Jara" beynəlxalq musiqi festivalında həmkarı Filipp Kirkorovla bir səhnəyə çıxmasından söz açıb.
A.Kazımova eyni zamanda səhnə geyimlərinə olan sevgisini danışıb: "Filipp Kirkorovun qarderobunu görəndən sonra özümdə bir rahatlıq tapdım. Düşünürdüm ki, səhnə geyimlərinə olan sevgi məndə bir anormallıq, ciddi xəstəlik əlamətləridir. Amma Filippin qarderobunu görəndən sonra anladım ki, normaldır".
412 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Mart
6 Mart