Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Samirin səsi Bodrumdan gəldi

15-07-2014


    Müğənni Samir Piriyev ailəsi ilə Bodrumda dincəlir. Axşam.az-ın məlumatına görə, ötən aydan ora yollanan sənətçi qızı Fərəh və oğlu Nicatla fotolarını İnstaqram səhifəsində paylaşıb. Bu yaxınlarda Bodrumda mənzil alan ifaçı öz evində dincəlir. Qeyd edək ki, Samir Piriyevin ilk evliliyindən Aişə adlı daha bir qızı var.

    Prodüser Təranə Səmədova uğursuz ailə həyatından bəhs edib: “Ailəmi heç bir sevgiyə dəyişmərəm. Heç vaxt kimisə unutmaq üçün anamı atıb başqa yerə getmərəm. Anam sevgilidən də vacibdir mənə. İlk ailə həyatım uğursuz alındı. Heç kimi görmək, danışmaq istəmirdim. Amma ölkədən getmədim. Anamın yanına sığınıb, təsəlli tapdım. İndi güclü sevgilər yoxdur”.

    Müğənni İradə İbrahimova qızı İpəyin yeni fotolarını İnstaqram səhifəsində yerləşdirib.Sənətçi fotonun yanına “Sevinc qaynağımız övlad” sözünü yazıb. Bu günlərdə qayınatasını itirən İ.İbrahimova yeni klipindən fotoları da sosial şəbəkədə yayıb. Qeyd edək ki, o, yeni klipini təqdim etmək üçün payızda Bakıya gələcək.

    Müğənni Kərim Abbasov geyimindən danışıb.Sənətçi qarderobunda tez-tez dəyişiklik etdiyini bildirib:“Demirəm ki, geyimə ayda on min manat xərcləyirəm. Buna mənim imkanım da yoxdur. Amma ayda ən az səkkiz dəfə qarderobumu dəyişirəm. Şərt deyil, brend geyinəsən. Mən elə paltarlar alır, düzüb-qoşuram ki, gözəl görünür. Həmkarlarım var ki, nəsə geyinirlər, deyirəm yaraşmır. Əsəbləşir ki, nə danışırsan, bu, brenddir, iki min manat ödəmişəm. İnsan bahalı geyimə yox, zövqə üstünlük verməlidir”.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

 

 

806 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul