Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Soner Sarıkabadayı Bakıya gəlib

12-07-2014


    Türkiyəli bəstəkar-müğənni Soner Sarıkabadayı Bakının qonağı olacaq. İfaçı ümummilli lider  Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə bu gün Nərimanov parkında təşkil edilən konsertdə çıxış edəcək. Bakıya yola düşən ifaçı sosial şəbəkədə yeni fotosunu paylaşıb və “Salam. Necəsən?” şərhini yazıb.

    “Dostlar qrupu” yeni “Nə?” adlı mahnılarını ekranlaşdıraraq sevənlərinə təqdim ediblər. SİA-nın verdiyi xəbərə görə, klipi izləyənlər Elçin Cəfərovun “Mənə onu çağırın gəlsin” və türkiyəli müğənni Yalının "Ah be kardeşim" ekran işinə bənzədiblər. Qeyd edək ki, mahnının özləri Sami Oruca, musiqisi isə qrupun rəhbəri gənc müğənni və gitarist Əhməd Mustafayevə aiddir.

    “Sevgililər günü”ndə İlham və Fərizəyə həsr olunan konsert proqramı ilə çıxış edən müğənni Rəqsanə İsmayılova yenidən konsert verməyə hazırlaşır. “Qafqazinfo”-ya açıqlamasında yaradıcılıq planlarından danışan ifaçı bu dəfə iki konsert proqramı ilə çıxış edəcəyini bildirib: “Ramazan bayramında kimsəsiz qocalar üçün konsert verəcəyəm. Bu ən böyük arzularımdan biridir. Daha sonra milli qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədova həsr olunan konsert proqramı ilə şəhidlərimizin doğulduğu rayonda səhnəyə çıxmaq istəyirəm. Konsertin vaxtı dəqiqləşməyib. Lakin onların valideynlərini az da olsa, sevindirmək istəyirəm. İlham və Fərizənin valideynlərinin sözlərindən sonra bir daha əmin oldum ki, onlar üçün atdığımız kiçik bir addım çox məna kəsb edir”. 

 

Sevda Məmmədova

 

Muz-Tv.az

 

862 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul