Burak Özçivitə azərbaycanlı müəllim dərs keçir
İrem Derici paparazzilərin hədəfində
Nadirin qayınanası ilə fotosu
Aktyorlar kirayə qaldıqları evdən çıxarılır

Facebook instagram Twitter Youtube
ULDUZ

Miri Yusif solo konsert verdi - foto

08-06-2019


Əməkdar artist Miri Yusifin “Yaşıl teatrda 3 gün” adlı solo konserti baş tutub.

Mtv.az xəbər verir ki, ağ libasda səhnəyə çıxan Miri Yusif  “Ruh əkizlərim” mahnısı ilə konsertini açıq elan edib. Müğənnin konsertində fanat seli yaşanıb. Böyük coşqu ilə keçən konsertdə gözlənilmədən yağış yağmağa başlayıb. Bütün bunlara rəğmən konsert öz axarı ilə davam edib.

Hitləri ard-arda düzən sənətçi qeyri-adi addım atıb. Belə ki, Miri Yusif səhnədən yaxın dostuna səslənib. Bu anda isə həmin şəxs sevdiyi xanıma bütün tamaşaçıların önündə evlilik təklifi edib. Əməkdar artist onların şərəfinə “Qiymətlim” adlı mahnısını səsləndirib.

Diqqət çəkən məqamlardan birisi isə o oldu ki, Miri Yusifin konsertində həmkarları nədənsə gözə dəymədi.

Xatırladaq ki, bu həftənin şənbə və bazar günü daxil olmaqla əməkdar artist Miri Yusif canlı solo proqramla Yaşıl teatrın səhnəsində çıxış edəcək.







52 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 İyul
































17 İyul