Keti Praysın ayaqları sındı - foto
Elçin efirə çıxmamasının səbəbini açıqladı
Vleriyanın biznesi müflis olmayıb
İrem dənizə şortiklə girdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Abbas Bağırovun salamını almadı

03-07-2014


    Son vaxtlar xalq artisti Brilliant Dadaşovadan şikayət edən gənc müğənnilərin sayı artıb. Bir müddət əvvəl müğənni Səidə Sultan xalq artistinə salam verdiyini, amma onun bu salamı almadığını bildirmişdi. İndi isə əməkdar artist Abbas Bağırov eyni iddianı irəli sürür. “Brilliant Dadaşova ilə gözəl münasibətimiz var idi. “Aləm gözəl” mahnısından sonra mənlə danışmır. Məclisdə görəndə salam verirəm, almır. Salam Allahındır, almır, canı sağ olsun. Hər bir insanın öz mədəniyyəti, qabiliyyəti yerində olmalıdır”. 

   Səbinə Babayeva yeni mahnısını təqdim edib. Axşam.az-ın məlumatına görə, “Qaz” adlı bəstəni müğənni sosial şəbəkədə paylaşıb. Onun yeni mahnısını təqdim edirik.

   Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanı qısqanır. “Qızımla soyadımız fərqlidir. Mən ata soyadımı daşıyıram. Aynişan həyat yoldaşımın soyadındadır. Bizi eyni məkanda fərqli soyadlarla təqdim edəndə qısqanıram. Bu məni narahat edir. Mən də həyat yoldaşımın soyadını daşımaq istəyərdim. Amma uşaqlıqdan sənətdəyəm, Haşımova kimi tanınmışam, diplomlar almışam. Buna görə də soyadımı dəyişə bilmədim. Dəfələrlə mənə sual veriblər ki, siz Aynişanın anası deyilsiniz? Pis oluram, hər dəfə onu izah edəndə əziyyət çəkirəm".

   Müğənni Könül Kərimova yay istirahətinə start verib. Sənətçi ilk olaraq, Yesuntikiyə gedəcəyini bildirib: “Səhhətimlə bağlı Yesuntikiyə yollanacam. On gün orada qalıb, müalicə almalıyam. Daha sonra ailəmlə birlikdə Antalyaya, Bodruma gedəcəm. Bir ayımı bu cür gəzərək keçirəcəm”

 

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

806 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8
















7