Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Mark Eliyaxun Bakıda konsertə hazırlaşır

25-05-2019


Mayın 25-də Heydər Əliyev Sarayında tanınmış İsrail bəstəkarı və kamança ifaçısı Mark Eliyaxunun konserti olacaq.

Mtv.az xəbər verir ki, bu münasibətlə mayın 24-də “Landmark” hotelində Mark Eliyaxunun yerli jurnalistlərlə görüşü olub.

Musiqiçi görüşdə bildirib ki, 20 ildən sonra Bakıya qayıtmağa və solo konsertlə çıxış etməyə şaddır. O deyib: “Özümü və musiqimi tapmaq üçün evdən ayrılıb dünya səyahətinə gedəndə 16 yaşım vardı. Azərbaycanın musiqi aləti olan kamançanın sədalarını ilk dəfə eşidəndə başa düşdüm ki, axtardığımı tapmışam. Buna görə də Bakıya gəlmək istədim. İki il burada yaşadım və böyük ustad Ədalət Vəzirovdan kamança dərsləri aldım”.

Musiqiçi bildirib ki, konsertdə onun atasının və özünün yazdığı əsərlər səslənəcək.

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun


25 İyun