Filipp Kirkorovun yeni klipi - video
Sami Yusuf Bakıya gəldi
Aktyor hucuma məruz qaldı - video
Oksana istirahətə Antalyaya getdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Meyxanaçı müğənniləri tənqid etdi

27-05-2019


Meyxanaçı Aqşin Fateh sənət adamları ilə bağlı qalmaqallı açıqlama verib.

Mtv.az xəbər verir ki, o, həmkarlarının İnstaqram paylaşımlarını, bahalı həyat tərzi göstərmələrini tənqid edib.

O deyib: "Müğənnilərin 90 faizi bilinmir nədir: nə ətdilər, nə balıq. Hərənin bir baxış tərzi var. 85 faizi yeməyini, maşınını, bağını İnstaqramda reklam edir. Hamiləni, kasıbı, acı, aşağı səviyyədə yaşayan insanları nəzərə almırlar. Demirlər ki, bu gün özümü göstərirəm, kimsə baxıb deyər, bəxtəvər bunun başına. Elə pozğun müğənnilər var ki, onların lüks həyatı, geyimi, maşını, şəraiti uşaqlara təsir edir. Körpə baxıb düşünür ki, belə evdə yaşamaq, bahalı maşın sürmək, imkanlı olmaq üçün həmin müğənni kimi etməliyəm. Çoxları baxıb müğənniyə ibrət götürürlər".

Teleproqramda qonaq olan müğənni Nazənin isə ona belə cavab verib: "Aqşinə hələ tezdir müğənnilər haqqında danışmaq. Elə dəyərli sənət adamları var ki... Aqşinin sözləri ilə qismən razıyam. Bunların günahkarı biz və televiziyalardır. Həmin pozğun adamları elə televiziyalar təbliğ edir".

27 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 İyun














24 İyun