Hollivud ulduzu lüt şəkil çəkdirdi
Brilliantın oğlu “Allah qismət edəndə” evlənəcək
İbrahim Tatlısəsin qızını boşadılar
Serialda Şövkət Ələkbərovanın mahnısı oxundu – video

Facebook instagram Twitter Youtube
ULDUZ

Elnur ad günü keçirməyi xoşlamır

26-05-2019


"Hər zaman deyirəm, ailədə mübahisənin günahkarı kişilərdir. Xanımın evdə narazıçılıq, qısqanclıq yaratmasının, problemə gətirib çıxaran xüsusiyyəti kişidən asılıdır. Xanımım evə gələnə qədər nə bilirdi mən nəyi sevirəm? Əgər onu başa salmır, qınayıramsa, günah mənimdir. Gərək hər bir hərəkətimi ona uşaq kimi başa salam ki, qınanılmasın".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov deyib.

Son günlər boşanmaların sayının çoxalmasından söz açan sənətçi bunun günahını kişilərdə gördüyünü bildirib.

Şəxsi həyatı ilə bağlı sualları cavablandıran Elnur ilk sevgisindən, istəklərindən bəhs edib. O deyib ki, ad günü keçirməyi xoşlamır: "Ad günümdə bütün əlaqələri saxlayır, telefonumu söndürürəm. Ailəmlə baş-başa ad günü edirəm. İlk sevgi haqda məni danışdırma, ailəli adamam. Əsl sevgi ailədə yaranandır, bunun şahidi olmuşam. İlk dəfə birinci-ikinci sinifdə oxuyanda sevdim. Yadımdadır".

E.Məmmədov "Faiq Ağayev və sənin klipinə çəkilən qızlar ekran işinin pulunu ödəyir" sualına belə cavab verib: "Bu, bizə olan hörmətdən irəli gəlir. 50-yə yaxın klipim var. Onların yarısından çoxunda çəkilən xanımlar ekran işinin pulunu ödəyiblər".

173 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


19