Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

"Kişilər "Qırmızı kitab"a düşəcəklər" - Nüşabə Ələsgərli

20-05-2019


Əməkdar artist Nüşabə Ələsgərli Britaniyanın Azərbaycandakı Səfirliyinin qarşısından LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) bayrağı asılan görüntüləri sosial şəbəkədə yayımlayıb.

Mtv.az xəbər verir ki, sənətçi son günlər geylərin sayının çoxalmasını vurğulayıb.

O, hətta "Eurovision" mahnı yarışmasının LGBT-ni təmsil etdiyini yazıb: "Belə insanlardan qorxmayın. İnsan olmağına insandır, sadəcə, hormonu dəyişik düşüb, yaxud da pozulub. Amma onu deyə bilərəm ki, son zamanlar daha da çoxalıblar. Axırda kişilər "Qırmızı kitab"a düşəcəklər.

Yeri gəlmişkən, "Eurovision" əməlli başlı təbliğ edir. Nə olacaq bu işlərin sonu? Mənim onlara qarşı heç bir aqressiyam yoxdur. Mən kiməm ki, Allahın yaratdığına kimliyindən asılı olmayaraq məsxərə edim".

N.Ələsgərli əvvəlcə paylaşımındakı şərh bölümünü bağlayıb. Müğənni daha sonra paylaşımını silib.

44 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun


25 İyun