“Mətn” filmi Oskara təqdim edilə bilər
Şəbnəm Tovuzlu həmkarlarına meydan oxudu
Meyxanaçı imicini dəyişdi - foto
Müğənni ikinci dəfə ata oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Mətanətin ölkədən çıxışına qadağa qoyuldu

09-05-2019


Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub.

Mtv .az xəbər verir ki, artıq bir neçə ildir sənətçinin ölkədən getmə hüququ tam məhdudlaşdırılıb.

Bildirilir ki, qoyulan qadağanın səbəbi sənətçinin banka olan avtomobil kredit borcu ilə əlaqədardır.

Belə ki, M.Əsədova öz adına kreditlə “Volksvagen” markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb. Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub. 

Müğənninin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır. 

Həmçinin qeyd edək ki, M.Əsədovanın avtomobillərlə bağlı mətbuata verdiyi açıqlama da var. Sənətçi müsahibələrin birində demişdi ki, səsinin gözəlliyinə görə indiyədək ona 17 avtomobil hədiyyə olunub: 

“Sağ olsun, mənim dəyərli, əxlaqlı dostlarım, xanım rəfiqələrim. Oxumuşam, o qədər səsimdən həzz alıblar ki, mənə avtomobil hədiyyə ediblər. Tək avtomobil yox, nələr-nələr bağışlayıblar”.

83 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 İyul












19 İyul