Hollivud ulduzu lüt şəkil çəkdirdi
Brilliantın oğlu “Allah qismət edəndə” evlənəcək
İbrahim Tatlısəsin qızını boşadılar
Serialda Şövkət Ələkbərovanın mahnısı oxundu – video

Facebook instagram Twitter Youtube
ULDUZ

Səidə Sultan məşhurların biabır edilməsinə toxundu

01-05-2019


Müğənni Səidə Sultan yenidən məşhurların efirlərdə biabır edilməsi məsələsinə toxunub.

Mtv.az xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb: “Biz o qədər harınlamışıq ki, bir insan həyatına dırnaqarası baxıb, asanlıqla yıxıb, ictimai qınağa, özünə qəsd etmək dərəcələrinə çatdırırıq. Niyə? Çünki biz qanunlarımızı bilmirik! Heç kəsin ixtiyarı deyil kiməsə bildi, ya bilmədi çıxsın, ağzına gələni desin! Bəlkə elə mənim qohumum, ya hər hansı kimsə məndən yanıqlıdır, mən neyləyim?

Bu, o deməkdir ki, həmin gözügötürməyənləri, paxıllığını çəkənləri, sənin pisliyini istəyənləri, işgüzar nüfuzuna xələl gətirənləri asanlıqla efirə buraxmalıyıq? Buna görə qanunla həmin pisliyi edən şəxslər də, efirdə şərait yaradanlar da məsuliyyət daşıyır. Tək mügənnilərdən söhbət getmir. Bəzi “qurddanquşluq” eliyənlərə bu sərf etmir! Axı, siz insanın ayıbını açmaq üçün ölürsünüz!

Allah ayıbları örtəndi! Siz kimsiniz? Bilin ki, etdiyiniz pisliklər gec-tez sizə qayıdacaq. Allah da sizin ayıbınızı çox pis açacaq! Heç kəs özünü mələk hiss etməsin! Çünki heç kəs süddən çıxmış ağ qaşıq deyil. Əziz azərbaycanlılar, biz öz hüquqlarımızı bilsək, bizə heç kəs bata bilməz!”.

Xatırladaq ki, ötən günlərdə müğənni Aysel Əlizadə və Sevda Yahyayeva barədə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında sərt ittihamlar yer almışdı.

171 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


19