Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Müğənnilərimiz pullarını hara xərcləyirlər?

14-04-2019


Azərbaycan müğənniləri qazandıqları pulları hara və nəyə xərclədiklərini açıqlayıblar. 

Mtv.az xəbər verir ki, ifaçılar bununla bağlı fikirlərini belə bildiriblər:

Əməkdar artist Elza Seyidcahan "Pulumu planla xərcləmirəm. Kimə, hara qismətdi ona da gedir" cavabını verib.

Müğənni Şəbnəm Tovuzlu isə bildirib ki, daha çox kürlərə pul xərcləyir: "Çox pul xərcləyənəm. Qızıl alıram, amma taxmıram. Bir də kürkə pul verməyə dəyər. 17 ədəd kürküm var, hamısına da yaxşı pul vermişəm". 

Meyxanaçı Namiq Qaraçuxurlu "Aylıq məvaciblərə gedir pulum. Yaxınlarımın, əzizlərimin problemini həll etməyə gedir" deyib.  

Rəqqasə Renka isə bütün pullarını rəqs paltarlarına xərclədiyini açıqlayıb. 

Müğənni Elnarə Xəlilova isə geyimə çox pul verməyi sevmədiyini söyləyib: "Ayaqqabıma 50 manat pul vermişəm, çünki geyinməliyəm. Amma məni öldürsələr də ondan artıq pul vermərəm. Onsuz yerə dəyir. Amma əyləncəyə nə qədər desəniz, pul xərcləyərəm".

Müğənni Emil Bədəlov: "Ailəmin xərcləri var, onlara gedir". 

Müğənni Gülay Zeynallı "Xərcim ən çox geyimlərə gedir. Çanta və ayaqqabı çox alıram" deyə, əlavə edib. 

Müğənni Dilarə Kazımova: "Geyimə xərcləyirəm. Çox bahalı geyimləri sevirəm".

159 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 İyul


22 İyul