“Netflix” filmləri Kann festivalında göstəriləcək
Sem Smit cinsiyyətini dəyişir
Mətanət geyiminə görə tənqid olundu
Demet Akalın Alişana bahalı saat aldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Aysel Əlizadə məhkəmə ilə hədələdi

15-03-2019


"Son vaxtlar barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə barəsində səsləndirilən ittihamlardan sonra öz İnstaqram səhifəsində yazıb.

O, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib: "Dərhal televiziyada və yayımlanan verilişdə barəmdə əsassız fikirlər səslənirilməsinin dayandırılmasını, həmçinin təkzib verilməsini, üzr istənilməsini tələb edirəm. Bu məsələ hüquq müstəvisində öz həllini tapacaq. Məndən açıqlama istəyən dəyərli izləyicilərim, dostlarım, həmkarlarım, susmağıma səbəb bu idi. 3 gündür Vətəndən uzaqda olsam da, mənim üçün çox narahat oldunuz. Bu olanlar məni ruhdan sala bilməz, əksinə daha da güclü oluram. Və sona qədər haqqımı tələb edəcəm". 

Xatırladaq ki, Turanə Nəcəfova adlı qadın dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtdığını iddia etmişdi.

15 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Mart






















21 Mart