Hüsniyə imicini dəyişdi - foto
Murad Arif "Eurovision"a getmək istəyir
Əbdül Xalid həyat yoldaşı ilə boşandı
Kənan M.M.-in rol aldığı serialı mövsümü bitirdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Əlikram Bayramov üç dəfə polis bölməsinə çağırıldı 

15-03-2019


Müğənni Əlikram Bayramov üç dəfə polis bölməsinə çağırılıb. 

Mtv.az xəbər verir ki, buna səbəb onun prodüserinin polis tərəfindən axtarışda olmasıdır.

O deyib: "350 minlik səhifəm var idi. Əvvəl saxta izləyici vurdurmuşdum, etiraf edirəm. Qəfildən "Youtube"um bağlandı, maraqlandım. Əli Baxşıyev mənim yerlimdir, onla görüşdük. Danışdım hadisəni ona. Dedilər, efirdən olan görüntülərimi yerləşdirdiyim üçün kanallar şikayət edib və bağlanıb. Əli ilə çalışdıq, qayıtdı ki, bu səhifəni təsdiqlədiq. Notariusda bunu təsdiqlətdim. Onunla da müqavilə bağladım. Dedi nə vaxt istəsən, poza bilərsən. Mənim "Youtube"u işlətdi, eyni zamanda prodüserlik etdi. Qəfildən Rusiyaya getdi. Ondan sonra mənə Daxili İşlər Nazirliyindən zəng edirlər və bölməyə çağırırlar. Getdim, dedilər ki, Əli Baxşıyev adlı prodüseriniz var? Əlaqəsini soruşdular, nömrəsinə zəng çatmırdı. Bir neçə müğənni ondan Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazıb. O, hakkerlik edib və bir çox səhifələri bağlatdırıb".

84 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 May




































24 May