“Netflix” filmləri Kann festivalında göstəriləcək
Sem Smit cinsiyyətini dəyişir
Mətanət geyiminə görə tənqid olundu
Demet Akalın Alişana bahalı saat aldı

Facebook instagram Twitter Youtube
ULDUZ

“Eurovision 2019” təmsilçimizin adı açıqlandı - video

09-03-2019


Azərbaycanın “Eurovision 2019” təmsilçisinin adı, oxuyacağı mahnı və klip bu gün açıqlanıb.  

Mtv.az xəbər verir ki, bu il ölkəmizi Çingiz Mustafayev yarışmada təmsil edəcək. Bu barədə “İnfe Azərbaycan” səhifəsində məlumat yayılıb.
 
O, “Dare to Dream” şüarı ilə Təl-Əvivdə keçiriləcək 64-cü Avroviziya mahnı müsabiqəsində “Truth” (Həqiqət) adlı mahnı mahnı oxuyacaq.

Musiqinin müəllifləri Borislav Milanov, Trey Campbell, Bo J, Pablo Dinero, Hostess və Chingizə aiddir. Sözlər isə Borislav Milanov, Trey Campbell, Bo J, Hostess tərəfindən yazılıb. 

ARAYIŞ: Çingiz Moskvada anadan olub və uşaqlıq illərini orada keçirib. Amma Sovet İttifaqı dağıldıqdan sonra baş verən qarışıqlıq dövründə o, anasının vətəninə – Qazaxa köçüb.

O, “Yeni ulduz” mahnı müsabiqəsinin qalibi olduqdan sonra solo ifaya başlayıb. Gitarada ifaları ilə izləyicilərin yaddaşlarında özünə yer edən ifaçı, özünü bəstəkar kimi də sınayıb. O, əsasən öz bəstələrini ifa edir.

Digər Avroviziya təmsilçimiz Dilarə Kazımova kimi, Ç.Mustafayev də özünü 2016-ci ildə Ukraynaın “The Voice” adlı mahnı müsabiqəsində sınayıb və uğurla çıxış edib.

Mahnı fevralın 7-dək İctimai TV-yə edilən 350-dən artıq müraciətin arasından seçilib.

Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə ölkə təmsilçimiz Çingiz Mustafayev mayın 16-da keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq. 

Xatırladaq ki, “Eurovision” İsraildə Tel-Əviv şəhərində keçiriləcək. Bir müddət əvvəl də Çingizin yarışmada ölkəmizi təmsil edəcəyi açıqlanmışdı. Amma daha sonra xəbərin yalan olduğu deyilmişdi.

905 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Mart






















21 Mart