Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi
Alman modelin yarıçılpaq fotosu

Facebook instagram Twitter Youtube
ULDUZ

Violin ifaçılarının müsabiqəsi başa çatdı

12-02-2019


Ü.Hacıbəyli adın Bakı Musiqi Akademiyasında (BMA) görkəmli violin ifaçısı, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illiyi münasibəti ilə violin ifaçılarının birinci beynəlxalq müsabiqəsi keçirilib.

Mtv.az xəbər verir ki, müsabiqənin ideya müəllifi, təşkilatçısı BMA-nın professoru, Azad Əliyevin tələbəsi, professor Məleykə Əhədzadədir.

Müsabiqənin münsiflər heyəti sırasında Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə ilə yanaşı, digər iştirakçı ölkələr – Türkiyə, Qazaxıstan, İsrail və Özbəkistandan nümayəndələr də olub. Münsiflər heyətinin sədri Məleykə Əhədzadə olan Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilib. Müsabiqəyə ölkəmizlə yanaşı, Özbəkistan, Ukrayna, Qazaxıstan və Rusiyadan iştirakçılar qatılıb.

Müsabiqə violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı olmaqla dörd nominasiya üzrə keçirilib. Sonda müsabiqədə qalib olan iştirakçılar diplom və fəxri fərmanlarla təltif edilib.



939 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22


21