Gülşən 110 konsert verəcək 
Oksana 25 kiloqram arıqladı
Nazilə Səfərli burnunu "kəsdirdi"
Məşhur dizayner Karl Laqerfd vəfat etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Zamiq möhtəşəm konsert verdi - foto

11-02-2019


Müğənni Zamiq Hüseynov Heydər Əliyev adına sarayın səhnəsində konsert proqramı ilə çıxış edib.

Mtv.az xəbər verir ki, 18 nəfərlik orkestrlə canlı ifalar səsləndirən sənətçini səhnədə rəqqaslar müşayiət edib.

Konsert zamanı iki libas dəyişən Zamiq qlamur görüntüsü və rəqsləri ilə diqqət çəkib.

Gecədə ifaçını sənət dostları da tək qoymayıb. Konsertə qatılan məşhurlar sırasında bəstəkar Faiq Sücəddinov, xalq artistləri Fidan Hacıyeva, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Nərgiz Cəlilova, Röya Ayxan, Teymur Əmrah, müğənni Sevda Yahyayeva, aparıcılar Nəsib Nur, Nurlana Cəfərova, reper Elşad Xose və başqaları olub.
İki saat davam edən konsertdə müğənni sevilən mahnılarını səsləndirib.

Zamiq Hüseyinov konsertə qatılanlara təşəkkürünü belə bildirib: “Konservatoriyada oxuyanda hər dəfə bu sarayın yanından keçəndə afişaları görürdüm. Həsrətlə baxırdım və öz-özümə fikirləşirdim ki, görəsən, bu sarayda nə vaxtsa 2-3 mahnı oxuya biləcəyəm? Budur... Bu gün sizin qarşınızdayam. Sizin sevginiz məni bu yerlərə gətirib”. (Axşam.az) 











832 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Fevral










20 Fevral