Azad Şabanov gizli toy edir 
Müğənni ilə bağlı ayrılıq xəbəri yayıldı
Xatirə İslam daha çox sevildiyini etiraf etdi 
 Işın Karacanın İrəmi görməyə gözü yoxdur

Facebook instagram Twitter Youtube
ULDUZ

Hacı Nuran uşaqlıqdan siqaret çəkmir

12-02-2019


Aparıcı Hacı Nuran Hüseynov uşaqlıqdan nə siqaret çəkdiyini, nə də spirtli içki içdiyini bildirib.

Mtv.az xəbər verir ki, o maraqlı açıqlaması ilə diqqət çəkib.

Onun sözlərinə görə, ona 100 dollar təklif ediblər ki, siqaret çəksin: "100 dollar təklif etdilər siqaret çəkmədim. Şəhər uşaqlarının getdiyi məktəbdə təhsil almışdım. Uşaqlarda siqaretə meyillilik var idi. 6-cı sinifdən bütün hamısı siqaret çəkirdilər. Küçədə çəkib, girirdilər içəri, dəhşətə gəlirdim. Uşaqlar mənə yalvarırdılar ki, dadına bax. Hətta pul da təklif etdilər ki, dadını bil. Nə siqaret çəkdim, nə içki içdim. Nifrət edirdim. Uşaqlıqdan xoşum gəlməyib. Valideynlərimiz də istifadə etməyib. Xəstəliyim üçün müayinəyə gedəndə həkim soruşdu ki, neçə ildir siqaret çəkirsən? Dedim, heç vaxt istifadə etməmişəm. Bu da müalicəmin müsbət nəticə verməyinə kömək oldu".

870 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Aprel












































23 Aprel