Oksana 25 kiloqram arıqladı
Nazilə Səfərli burnunu "kəsdirdi"
Məşhur dizayner Karl Laqerfd vəfat etdi
Murad Boz sevgilisinə sürpriz hazırlayıb 

Facebook instagram Twitter Youtube
ULDUZ

"Mashup" oxuyanlar tənqid olundular

10-02-2019


Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Mashup" oxuyanları tənqid edib. 

Mtv.az xəbər verir ki, musiqiçi açıqlamasında sərt sözlər deyib: "Kimlərdir "Mashup" oxuyanlar? Hamısı uşaq-muşaqlardır. Biabırçı vəziyyətdir. Əsəbiləşirəm, niyə belə edirsiniz? Həyatda bir yaltaqlanmağı, bir də kimisə yalandan tərifləməyi sevmirəm. Özümü təsdiq etmişəm. Elə şeylər var ki, qəbul etmirəm, gizlətmirəm və incisələr də deyirəm. "Mushroom"dur, yoxsa "Mashup"dır nədir. Əslində "mushroom" sevdiyim yeməkdir. Bu göbələkli yemək onların oxuduğu mahnıdan hörmətlidir. "Mashup" lazımsız bir şeydir... Ondansa hörmətli bir mahnı yazdırın".

O, Azərbaycan musiqisinin son günlər daha da pisləşdiyini söyləyib: "Sənət göstərmək lazımdır. Azərbaycan musiqisi biabırçı, bərbad vəziyyətə düşüb. Hazırda üzüaşağı gedirik". 

Xatırladaq ki, Sevil və Sevinc Səfərovalar, Aysun İsmayılova, Əbdül Xalid "Mashup" oxuyanlar sırasında yer alıb.

738 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Fevral








20 Fevral