Oksana 25 kiloqram arıqladı
Nazilə Səfərli burnunu "kəsdirdi"
Məşhur dizayner Karl Laqerfd vəfat etdi
Murad Boz sevgilisinə sürpriz hazırlayıb 

Facebook instagram Twitter Youtube
ULDUZ

Dinaranın iştirakı ilə “Bohema” operası oynanılacaq

10-02-2019


Bu il martın 28-dən 31-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Puççininin “Bohema” operası nümayiş etdiriləcək.

Mtv.az xəbər verir ki, martın 28-də və 30-da səhnə əsərində Miminin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva səsləndirəcək.

Xatırladaq ki, həmvətənimiz “Bohema” operasında Myuzetta obrazını da məharətlə yaradıb.

2009-cu ildən Böyük Teatrın solisti olan Dinara Əliyeva İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. Moskvada Dinara Əliyevanın iki dəfə “Opera Art” Beynəlxalq Musiqi Festivalı təşkil olunub.

821 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Fevral








20 Fevral