“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Xəyalə qazandığı avtomobildən danışdı - video

11-01-2019


Aparıcı-aktrisa Xəyalə Quliyeva "Maşın" şouda qazandığı avtomobillə bağlı paylaşım edib.

Mtv.az xəbər verir ki, adı çəkilən yarışmanın qalibi olan Xəyalə maşını götürəcəyi tarixi də açıqlayıb: "Maşını qazandım, bəli. Bayram günlərinə düşdü, sonra sənədləşməyə görə gecikdi, sonra özümün başqa işlərim oldu. Bu səbəbdən maşını hələ götürə bilməmişəm. Amma, bu o demək deyil ki, verməyəcəklər. Sabah maşını götürəcəm. Götürən kimi də çəkib paylaşacam".

Ötən gün isə Xəyalə Quliyevanın yeni videosu yayılıb. 

Görüntüdə "Maşın" şounun qalibi olan aktrisanın avtomobilini hələ də ala bilməməkdən gileyləndiyi yer alıb. 

Xəyalə deyib: "Atam, hələ də maşınımı vermirlər ey".

Xatırladaq ki, şou ötən il dekabrın 31-də başa çatıb və qalib elan olunub. 17-ci buraxılışda Ranar Musayevlə Xəyalə finala qalmışdı. On altıncı buraxılışda qalib olan müğənni Roza Zərgərlinin də imtina etdiyi avtomobilin bu buraxılışda taleyi həll olunacağı bildirilsə də, o barədə oyun boyunca heç bir məlumat verilməyib.

808 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23