Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Səidə Sultan ağladı və kömək istədi

12-01-2019


Müğənni Səidə Sultan ötən ay dünyasını dəyişən mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinin çətin vəziyyətdən danışıb.

Mtv.az xəbər verir ki, göz yaşlarına hakim ola bilməyən Səidə həmkarlarına səslənərək, mərhumun ailəsinə dəstək olmağa çağırıb.

O, Zahidi narkoman adlandıranlara da söz atıb: "Narkotik elə bir oğlanların başını yerə qoyub ki, gəl görəsən. O demək deyil ki, o insanı həyatdan silmək lazımdır. Bu, düzgün yanaşma deyil. Bu gün həmin insanların yanaşması da düzgün deyil. "Əşi, ona görə vermirəm". Mən sənət dostlarımdan xahiş edirəm, siz ki o musiqiçini çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin, bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 atışsaq, böyük pul deyil". 

Mərhum sənətçinin həyat yoldaşı Leyli "Bizimləsən" verilişinə gələrək kömək istəyib. Övladı ilə proqrama qatılan Leyli evinin ipoteka krediti üçün yardım olunmasını xahiş edib.

Xatırladaq ki, bir müddət əvvəl xalq artisti Aftandil İsrafilov Z.Sabirabadlıdan danışarkən onun narkotik maddədən dünyasını dəyişdiyi üçün yasına getmədiyini söyləyib.

694 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyul






























21 İyul