ULDUZ
Halit Ergenç "Kasablanka" filmində oynayacaq
29-11-2018

Aktyor Halit Ergenç Misir-Mərakeş istehsalı olan "Kasablanka" filmində oynayacaq.
Mtv.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, filmdə mafiya başçısını canlandıracaq. Ekran işində 10 dəqiqəlik rolu üçün Halit 1 milyon lirə qonorar alacaq.
Filmdə "pis adamı" canlandıracaq Ergençin tərəf müqabili dünyaca məşhur misirli aktyor Amir Karara olacaq.
Ekran işi haqda danışan aktyor çəkilişlərin bir ay sonra başlayacağını bildirib. O, çəkilişlərin Misir, Mərakeş və Fransada olacağını vurğulayıb.
Xatırladaq ki, Halit Ergenç sonuncu dəfə "Vatanım sensin" serialında rol alıb.
649 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Fevral
18 Fevral