"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır
Günel onu tənqid edənləri aşağıladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Cennifer Lopez cazibədar geyimi ilə hər kəsi heyran etdi

01-03-2014


    Müğənni və aktrisa Cennifer Lopez jüri masasında əyləşdiyi “American İdol” yarışmasındakı həmkarlarını ziyarət edib. Beverli Hillsdə restoranların birinə yollanan ulduz geyimi ilə diqqət çəkib. Bədən quruluşunu daha da vurğulayan libas Cenniferə cazibədarlıq qatıb. İfaçı gecə boyu doyunca əylənib.

    Məşhur müğənni Şakira Rihanna ilə birgə səsləndirdiyi "Can`t remember to forget you" duetindən sonra daha bir mahnısını sevənlərinə təqdim edib. Ulduzun yeni mahnısı “Empire” adlanır. İfanın yenicə təqdim olunmasına baxmayaraq, tez bir zamanda böyük baxış sayı əldə edib. Belə ki, ulduzun bu mahnısı 2 milyona yaxın insan tərəfindən dinlənilib.

   Futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhemin qaradərili uşaqla fotoları yayılıb. Onun bu fotoları hər kəsdə böyük təəccüb doğurub.  4 uşaq anası Viktoriya Cənubi Afrikada yaşayan ailələrə baş çəkib. Amma o, bu addımı Anna Leybovitsin fotolayihəsi çərçivəsində atıb. Viktoriyanın Ancelinanı təkrarlayaraq qaradərili uşaq övladlığa götürəcəyi ehtimal edilir. Modelyer hələ ki, bu barədə açıqlama vermir.

   Türkiyəli model Çağla Şikəl haqqında yayılan xəbərləri təkzib edib. Belə ki, türk mətbuatında Çağlanın həddən artıq arıqladığı və səhhətində problemlər yarandığı bildirilmişdi. “Kökəlmək üçün həkimə getməmişəm. Ümumiyyətlə, çəkimi artırmağa çalışmıram. Bu xəbərləri ilk dəfə eşitdikdə güldüm, amma hər yerdə yayıldıqdan sonra pis oldum. Bədənimin ölçüsü bəzən 36, bəzən 38-dir. Arıq olsam da, bu, səhhətim üçün təhlükə yaracaq dərəcədə deyil” – deyə, Çağla məsələyə aydınlıq gətirib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

870 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May






















25 May