Serengili tənqid atəşinə tutdu
"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Alim Qasımovun qızı konsert verdi

01-03-2014


    Fevralın 28-də Heydər Əliyev Sarayında xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımovanın konserti baş tutub. Sevilən xanəndəni dinləməyə gələnlər arasında xalq artisti Ağaxan Abdullayev də var idi. Sənətkar Fərqanə xanımın bu müvəffəqiyyətinə öz uğuru qədər sevindiyini söyləyib.

    Konsertin əvvəlində xanəndə xüsusi rəqs nömrəsinin müşayiəti ilə “Lay-lay” mahnısını təqdim edib. Əməkdar artisti müşayiət edən musiqiçilər arasında “Şeron” qrupunun da yer aldığı gözümüzdən qaçmayıb. Xanəndə “Şəbi-Hicran” mahnısını yeni aranjimanda musiqisevərlərə təqdim edib. Gecənin ən maraqlı məqamlarından biri isə xalq artisti Alim Qasımovun səhnəyə təşrif  buyuraraq qızı ilə birlikdə mahnı ifa etməsi olub.

    Qeyd edək ki, Fərqanə Qasımovanın konsertdə geyindiyi libas modelyer Fəxriyyə Xələfovaya məxsus idi.

 

Sahilə Aslanova

Elfaq Lələyev

 

Muz-Tv.az

 

935 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
























25 May