Serengili tənqid atəşinə tutdu
"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır

Facebook instagram Twitter Youtube
ULDUZ

Bu gün Su çərşənbəsidir

25-02-2014


   Bu gün Novruzun dörd çərşənbəsindən birincisi Su çərşənbəsidir. Artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər.

Su çərşənbəsində sular təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

   Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

   Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

Su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Bu çərşənbədə də insanlar süfrə açar, aş bişirər, süfrəyə balıq və kuzədə su qoyarlar.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

 

1268 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May


























25 May