Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır
Günel onu tənqid edənləri aşağıladı
Günayın keçmiş sevgilisi ilə qalmaqalı bitmir

Facebook instagram Twitter Youtube
ULDUZ

Halit Ergenç 2 il heç bir filmə çəkilməyəcək

22-02-2014


    “Möhtəşəm yüz il”in “Sultan Süleyman”ı Halit Ergenç alış-verişə çıxıb. Sevilən aktyor evə qayıdarkən media nümayəndələrinin suallarını cavablandırıb. O, mayda final bölümü yayımlanacaq “Möhtəşəm yüz il”dən sonra bir müddət istirahət edəcəyini, amma fasilənin nə qədər olacağını bilmədiyini açıqlayıb. Qeyd edək ki, H. Ergençin serial başa çatdıqdan sonra 2 il filmə çəkilməyəcəyi iddia edilmişdi.

     Məşhur Hollivud aktyoru Leonardo Di Kaprio televiziya verilişlərindən birində maraqlı açıqlamalar edib.O, qadınlarda üstünlük verdiyi xüsusiyyətlərdən danışıb. Aktyorun sözlərinə görə, bir xanım nə qədər yumor sevən və ciddi olarsa, bir o qədər diqqətini cəlb edər. 39 yaşlı Di Kaprio həmçinin vurğulayıb ki, qadınlar hadisələri böyüdərək drama çevirəndə bu, onun üçün heç xoş olmur. Sevgilisi ilə hər şeyin yolunda olduğunu deyən Leonardo vaxtı gəldikdə ailə quracağını da söyləyib.

     Türkiyəli müğənni Sibel Can İstanbulda yerləşən Amerikan Xəstəxanasına yollanıb. Körpəsini dünyaya gətirən dostuna baş çəkən sənətçi media nümayəndələri ilə söhbətləşib.Onlardan birinin sualı müğənnini bərk əsəbiləşdirib. Belə ki, oğlu Engin Canın gey olması ilə bağlı iddialara Sibel Can belə cavab verib: “İyrəncsiniz. Ailəm haqqında belə suallar verə bilməzsiniz”. Qeyd edək ki, bir müddət əvvəl S. Canın keçmiş həyat yoldaşı, Engin Canın atası Hakan Ural “Oğlum gey deyil, amma olsa da, qəbul edərdim” demişdi.

     Hollivud ulduzu Demi Mur aktyor Eşton Katçerdən ayrıldıqdan sonra özünə 2 sevgili tapıb. Aktrisa 27 yaşlı musiqiçi Şon Fraydey və 23 yaşlı aktyor Aleks Pettiferlə görüşür. Şənbə günü 51 yaşlı Demi Alekslə, bir neçə gün əvvəl isə Şonla birgə görüntülənib. Aktrisa musiqiçi sevgilisi ilə Rumer Uillisin konsertini izləyib. Qeyd edək ki, D. Mur E. Katçerdən ötən ilin noyabrında ayrılmışdı.

 

 

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

945 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May




















25 May