Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artist, Eldar Qasımovun nənəsi dünyasını dəyişdi

20-02-2014


     Bu gün səhər Azərbaycanın xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib. Firəngiz Şərifova həm də "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun nənəsidir. Bununla bağlı Eldar Qasımov bu günə nəzərdə tutulan konsertini təxirə salıb. O, konsertini başqa günə keçirəcək və nənəsinin xatirəsinə həsr edəcək. Qeyd edək ki, Firəngiz Abbasmirzə qızı Şərifova teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadənin qızıdır. Firəngiz Şərifova "Bayquş gələndə", "Bir ailəlik bağ evi", "Bizim küçənin oğlanları", "Dağlı çörəyi", "Ən vacib müsahibə", "Gümüşgöl əfsanəsi", "Xüsusi vəziyyət", "Qaraca qız", "Qərib cinlər diyarında", "Qətl günü" kimi filmlərdə çəkilib.

     Müğənni Elton Hüseynəliyevin prodüser Toliklə işbirliyinə başladığını xəbər vermişdik. 

Axşam.az-ın məlumatına görə, Novruz bayramı ərəfəsində Almaniyanın Köln şəhərində baş tutacaq tədbirdə Tolikin təşəbbüsü ilə Elton da çıxış edəcək. Konsert martın 21-də baş tutacaq. 
Qeyd edək ki, gecədə əməkdar artist Abbas Bağırov və müğənni Sevda Yahyayeva da səhnəyə çıxacaq. Konsert Almaniya-Azərbaycan Mədəniyyət Evində keçiriləcək.

     Müğənni Xatirə İslam oğlunun 11 ayının tamam olmasını qeyd edib. Axşam.az-ın məlumatına görə, sənətçi oğlu Emilin 1 yaşı  olana kimi hər ay tort kəsərək bu özəl günü ailəsi ilə birlikdə keçirəcəyini deyib. Övladının on bir aylığını evində qeyd edən Xatirə keçirdiyi hissləri sevənləri ilə bölüşüb: “Bu gün balamın 11 ay tamam oldu. Allaha çox şükür. Allah bütün balaları qorusun, kimin uşağı yoxdursa, tezliklə ona da övlad payı versin”. 

     Müğənni Günay İbrahimli bir müddət əvvəl uzun saçları ilə vidalaşmışdı. Axşam.az-ın məlumatına görə, sənətçi dünən saç stilində yenidən dəyişiklik edib. Günay saçlarını kəsdirməsinin səbəbini bizimlə bölüşüb: “Dəyişikliyi sevirəm. Buna görə də uzun saçlarımdan imtina etdim. Həm də yeni klip çəkdirirəm. Burada fərqli imcidə olmaq istəyirdim. Bir müddət qısa saçlarla dolaşacağam”.

 

Fuad Oqtayoğlu

 

Muz-Tv.az

1036 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral






22 Fevral