Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Rza Zərrab xərçəng xəstəsidir

19-02-2014


   Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı, iş adamı Rza Zərrab ötən gün xəstəxanaya aparılıb. Dekabrın 17-də rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs edilən Rzanın böyrəküstü vəzisindəki şiş yoxlanacaq. Vəzidə xərçəng xəstəliyinin yarandığı ehtimal edilir. Qeyd edək ki, Zərrab həbs edilərkən xərçəng olduğunu bildirmiş, bir neçə gün sonra isə bədənindəki şişin böyüdüyünü və təcili kimyaterapiyaya ehtiyacı olduğunu demişdi. 

   Məşhur model Kendis Sveynpol Türkiyəyə gedib.“Viktoriya Sekret”in "mələy"i şirkətin İstanbulda açılacaq 2 mağazasının təqdimatında iştirak edib. Kendis həm də xüsusi hazırlanmış tanıtım çarxına çəkilib. Cənubi afrikalı gözəl İstanbulda çəkdirdiyi fotoları İnstaqram səhifəsində yayımlayıb. 25 yaşlı model şəhərin tarixi məkanları olan Sultan Əhməd məscidində və Qapalı Çarşıda lentə alınmış şəkilləri "Mənim dinim sevgidir" sözləri ilə paylaşıb.

   Hər zaman olduğu kimi “BAFTA 2014” mükafatlandırma mərasimində də ulduzlar öz geyimləri ilə diqqəti cəlb edə biliblər. Qırmızı xalıdan keçən məşhurlar dəbli libasları ilə maraq doğurublar.  Beləliklə, mərasimdə yer alan ulduzların fotolarını təqdim edirik.

   Məşhur müğənni Ledi Qaqa geyimi ilə yenidən gündəmə gəlib. Televiziya verilişlərindən birinə qatılan ulduz açıq-saçıq libası ilə diqqət çəkib. Həmin fotoları sizə təqdim edirik.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

 

775 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral






22 Fevral