Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Peris Hilton doğum günündə hər kəsi şok etdi

18-02-2014


    Məşhur aktrisa və müğənni Paris Hilton 33 yaşını qeyd edib. Hollivud ulduzu doğum günü münasibəti ilə Los Anceles şəhərində yerləşən bir gecə klubunda parti verib. Hiltonun partiyə geyindiyi paltar xüsusilə diqqət cəlb edib. Belə ki, çəhrayı və dərin yarıqlı libasa üstünlük verən ifaçı alt paltarı geyinməyib.  Sənətçinin bu geyimi qərb mediasında müzakirə mövzusuna çevrilib.

    Məşhur fitness salonlarından birinin açılışına qatılan popun kraliçası Madonna yeni albom üzərində çalışdığını söyləyib. Müğənni musiqi toplusu üzərində tək işləmədiyini söyləsə də, həmin şəxsin adını açıqlamaqdan çəkinib. Xatırladaq ki, daha əvvəl ulduz Adellə əməkdaşlıq edirdi. Madonna həmçinin repçi Dreyklə birgə trek yazdırmaq istədiyini də əlavə edib.

    Məşhur rusiyalı müğənni Vera Brejneva “Dobroe utro” adlı mahnısına çəkilən yeni klipini təqdim edib. Ulduz video çarxda hind ilahəsi obrazını canlandırıb. Ekran işi xüsusilə parlaq rəngləri və pozitiv tonları ilə diqqət çəkib. Sarı sarisi ilə müxtəlif hind rəqshərəkətlərini təkrarlayan Vera heyranları tərəfindən də maraqla qarşılanıb. Klipin rejissoru Sergey Solodkiydir.  

   “Lizzi Maquayr” adlı serialla məşhurlaşan Hilari Daffın bu ilin yanvar ayında həyat yoldaşı Mayk Komri ilə boşanmağa hazırlaşdığı iddia edilmişdi. Cütlük bu barədə heç bir açıqlama verməsə də, “In Touch” jurnalı Daffın uzun zamandır falçı yanına getdiyini və boşanma qərarını da məhz buna əsasən aldığını yayımlayıb. Daffın yaxın dostlarından birinin bildirdiyinə görə, Hilari uzun illərdir bu tipli qara magiyaya inanır. “Həyatında aldığı bütün qərarlarda da falçının böyük rolu olub. Boşanmasını da ona falçı məsləhət gördü” – deyə aktrisaya yaxın mənbə açıqlayıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

760 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral








22 Fevral