Müğənni koronavirusa görə maska taxdı - foto
Seriala yeni aktrisa daxil oldu
"Evlilik önəmli deyil" - müğənni
Aktyor köynəyi ilə diqqət çəkdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Samira qulaqlarından narazıdır

18-02-2014


   Müğənni Samira Allahverdiyeva qulaqlarının formasından narazıdır. Axşam.az-ın məlumatına görə, bu haqda açıqlama verən sənətçi əməliyyat etdirmək istəsə də, fikrindən daşınıb. “Qulağımın forması heç ürəyimcə deyildi. Həmişə istəyirdim, plastik əməliyyat etdirim. Amma sonra fikrimi dəyişdim ki, Allah belə məsləhət bilib. Guya bu qulağı kimə göstərirəm ki? Plastik əməliyyat etdirməyi sevmirəm. Allahın verdiyi burun, qaş-göz olduğu kimi qalmalıdır. Çünki o bunu məsləhət bilib” - deyə Samira bildirib.

   Əməkdar artist Ədalət Şükürov Dağıstanda konsert verəcək. Sənətçinin konserti martın 6-sı və 7-də baş tutacaq. Ədalət bəy 10 ildir ki, eyni tarixdə Dağıstanda konsert verir. O, ənənəsinə sadiq qalaraq bu dəfə də dağıstanlı xanımları konsertində təbrik edəcəyini bildirib.

   Türkiyəli müğənni İşın Karaca Azərbaycana gələcək. Sənətçinin konserti martın 24-də Qəbələdə baş tutacaq. Təşkilatçı Nahid Emiloğlu İşın Karacanın özəl proqramla tamaşaçılar qarşısına çıxacağını bildirib: “İşın Karaca böyük ansamblı ilə birlikdə gələcək. Onunla bərabər Kiyevdən möhtəşəm rəqs qrupunu da gətirəcəyəm. Gecədə əsl şou nümayiş olunacaq”.

   Müğənni Elvin Abdullayev toy hazırlıqlarına başlayıb. Sənətçi bu haqda özü açıqlama verib: “Toy hazırlıqlarına başlamışıq. Həddən artıq çətindir. Yaradıcı işlərlə çox da məşğul olmağa vaxt qalmır. Nişanlım mənə bu işdə çox kömək edir. Bəxtim gətirib ki, mənim gündəmdə qalmağıma o daha çox maraq göstərir. Mən tənbələm, onun istəyi ilə həvəsə gəlirəm. Yeni klipimin rejissorluğunu da ona həvalə edəcəyəm”. Qeyd edək ki, Elvin telekanalların birində rejissor vəzifəsində çalışan Afət Mehdiyeva ilə nişanlanıb. Cütlüyün toy mərasimi martda baş tutacaq.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

798 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti