Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Amerikalı reper və musiqiçi Bakının qonağıdır

11-10-2018


ABŞ-ın Baltimor şəhərindən olan reper, musiqiçi və sahibkar Uordsmis (Wordsmith) oktyabrın 7-dən ilk dəfə Azərbaycanda səfərdədir.

Muztv.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Uordsmis və onun qrupu oktyabrın 20-dək ictimaiyyət üçün müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edəcək.

Reper qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək. Bu Proqram mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfər təşkil edir.

Uorldsmisin Azərbaycandakı bütün konsertləri ictimaiyyət üçün açıq və ödənişsizdir.

ABŞ səfirliyi Amerik hip-hop musiqisi ilə maraqlananları aşağıda qeyd olunan konsertlərə dəvət edir:

13 oktyabr, 19:00 - Park Bulvar Moll16 oktyabr, 19:00 - YARAT Müasir İncəsənət Məkanı

20 oktyabr, 19:00 - Rəşid Behbudov adına Mahnı Teatrı

Uorldsmis hip-hopu güclü motivasiyalı mesajla ifa edir. Onun missiyası çox sayda insanları tələb olunan keyfiyyətli müsiqi ilə təmin edərək məqsədli mesaj vasitəsi ilə onları əyləndirmək və maarifləndirməkdir.

597 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr