Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Müğənni Əməkdar artist barədə yeni açıqlama verdi - video

10-10-2018


Müğənni Xatirə İslam xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva haqqında yeni açıqlama verib.

Muztv.az xəbər verir ki, müğənni sənət dostlarından pul yığdığı üçün onu qınayanlara cavab verib: "Bəli, mən sənət yoldaşlarımdan pul yığanda elə bilirdim səhhəti ilə bağlıdır. Biz yaxşılığımızı, insanlığımızı etdik. Məsələyə tam aydınlıq gətirdik. İndi niyə, nə üçün yığdıq biz bunu fakt xəstəlik məqsədi ilə başladıq. Mənə bunu niyə etdin? Yaxınlarımızda daha ağır vəziyyətdə olanlar var" deyənlər də oldu. Mən buna görə sənət dostlarımın, sevənlərimin gözündən düşdümsə, o məbləği cibimdən qaytarmağa hazıram. Adam bir yaxşılığı edib ətrafında bu qədər dolanmaz. Məncə hərdən insanın həyatında elə problemi olur ki, hətta xəstəlik də onun yanında yalan kimidir. Ona görə də biz Tünzalə xanımı rahat buraxsaq yaxşı olar. O da öz problemini, dərdini həll etsin təki. Biz hər şeyi Allah üçün edirik. Tək bunu yox, hər şeyi. Allah bizi qorusun. Bizim səhnədə, sənətdə çalışan, vuruşan, sevilən ulduzları qorusun. Biz də yaxınlara, dostlara imkan daxilində əl tuta bilək.Bir də yazırsız ki, "Məbləği niyə açıqladız?". Açıqlamağı müğənni dostlarım istəməyə bilər, amma mən pul məsələsində çox dəqiq insanam. Bəlkə kimsə düşünərdi ki, 20 olmalıydı, niyə 17 oldu? Hər şey su kimi aydın olsa yaxşıdır. Mən də rahat olum, onlar da. Lənət olsun içimdəki bu dəqiqlik hissinə. Halallıq gözəldir".

Xatırladaq ki, aktrisa "Bizimləsən" verilişinə qatılıb və evinin ipoteka krediti üçün pul toplayıb. Onun xəstəliyindən istifadə edib, insanlardan kredit üçün pul yığması sosial şəbəkədə müzakirələrə səbəb olub.

639 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr