Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur ulduz Sevgililər günündə nişanlandı

15-02-2014


   Müqəddəs Valentin günü Kristina Aqilera üçün əsl bayrama çevrilib. Belə ki, müğənni 14fevral tarixində sevgilisi Metyu Ratlerlə nişanlanıb. Bu xoşbəxt hadisə haqqında Aqilera İnstaqram səhifəsində məlumat verib. Ulduz barmağında böyük nişan üzüyü ilə çəkilən fotosunu da yayımlayıb. “O soruşdu, mən isə cavab verdim” – deyə Kristina şəklin altına şərh yazıb. Xatırladaq ki, 33 yaşlı müğənni Metyu ilə “Burlesk” filminin çəkilişləri zamanı tanış olub.

   Tanınmış aktrisa Meqan Foks ikinci dəfə ana olub. Hollivud ulduzunun oğlu dünyaya gəlib. Körpənin adı və digər məlumatlar gizli saxlanılır. Qeyd edək ki, 27 yaşlı Foks 2010-cu ildə aktyor Brayan Ostin Qrinlə ailə qurub. 2012-ci ildə cütlüyün Şennon adlı oğlu anadan olub.

   Təxminən bir ay əvvəl Bodrumda xəstəxanaya yerləşdirilən və həyati təhlükəsi olduğuna görə reanimasiyada saxlanılan aktyor Nejat İşlerin vəziyyəti yaxşılaşıb. Müalicəsinə İstanbulda davam edən İşlər Facebookdan heyranlarına ismarıc yollayıb: “Dostlar, hazırda ziyarətə icazə yoxdur. Ayağa qalxan kimi sizə parti verəcəyəm. Hər kəsə təşəkkür edirəm”.

   Meray Kerri öz heyranlarına Sevgililər günü hədiyyəsi edib. Belə ki, sənətçi “You're Mine” adlanan yeni sinqlını təqdim edib. Həmçinin mahnıya çəkilən klip də artıq hazırdır. Video çarxın rejissoru Kanada əsilli hind rejissor İndranidir. Xatırladaq ki, Meray Kerri mayın 6-da yeni albomunu da təqdim etməyə hazırlaşır.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

676 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral






22 Fevral