Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
ULDUZ

"Yatmış gözəl” Eldar Əliyevin quruluşunda oynanılacaq

12-10-2018


Oktyabrın 18-19-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək.

Muztv.az teatra istinadla xəbər verir ki, xoreoqrafiyası Marius Petipanın (1818-1910) olan balet Konstantin Sergeyevin (1910-1992) və Eldar Əliyevin redaktəsində təqdim olunacaq. Səhnə əsərinin nümayişi Marius Petipanın anadan olmasının 200 illiyinə həsr ediləcək.

Baletin Primorye səhnəsində premyerası 2017-ci il mayın 26-da olub.

Bakıda anadan olan Eldar Əliyev Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsinin baş baletmeysteri təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

613 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr