Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Müğənni türk xanımına sürpriz etdi - foto

11-10-2018


İngiltərəli müğənni Robbi Uilyams 3-cü dəfə ana olan türk xanımı Ayda Fildə sürpriz hədiyyə edib.

Muztv.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ifaçı xanımı üçün Kaliforniyadakı malikanəsində Topqapı Sarayındakı “Validə Sultan Köşkü”nün bənzərini inşa etdirib.

Bunun üçün 12 nəfərlik heyət Sultan III Muradın anası Nurbanu Sultan tərəfindən inşa olunan və 18-ci əsrin sonlarına doğru Sultan III Səlimin ikinci mərtəbə əlavə etdirdiyi “Validə Sultan Köşkü”nün eynisini hazırlamaq üçün 2 ay Topqapı Sarayında araşdırmalar aparıb. 

Məlumata görə, Robbi bunun üçün bir milyon dollarından keçib. 

Xatırladaq ki, 2010-cu ildə ailə quran cütlüyün Teodora adlı qızı, Çarlton adlı oğlu var idi. Onların Kolett Cozefin Uilyams adlı qızı ötən ay surroqat ana tərəfindən dünyaya gəlib. 44 yaşlı Uilyams və 39 yaşlı Fild uşaq doğulana qədər xəbəri gizli saxlayıblar. (Axşam.az) 









547 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr