Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Xatirə İslama pul yığmasını peşman etdilər

10-10-2018


Müğənni Xatirə İslamın sosial şəbəkədə xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yazdığı şərh müzakirələrə səbəb olub. 

Muztv.az xəbər verir ki, bir izləyicisi sənətçini aktrisaya maddi kömək etdiyi üçün qınayıb və bunları yazıb:

"Sizin səsinizə sözüm yoxdur, hər zaman var olun. Amma son zamanlar Tünzaləyə görə sizə qiymət verən böyük tamaşaçı kütləsini itirdiniz. Bundan sonra sizi dəyərli bildiyim müğənnilərin siyahısından silirəm".
 
Onun bu sözlərini Xatirə cavabsız qoymayıb. Müğənni Tünzalənin pulu ipoteka krediti üçün yığmasından xəbərsiz olduğunu etiraf edib:

"Niyə sildiniz məni? Pulu yığıb, cibimə qoydum? Yoxsa özümə paltar aldım? Mən elə bildim dərman almağa, müalicə olub sağalmağa imkanı çatmır və bunu etdik. Mən hardan bilim ki, onun ev problemi var? Məni belə şeylərə qarışdırmayın".

Xatirə daha sonra paylaşımına yazılan şərhləri bağlayıb və bu sözləri silib. 

Xatırladaq ki, T.Əliyeva üçün Xatirə müğənnilərdən pul yığıb və verilişin birində aktrisaya təqdim edib. "Toppuş bacı" ləqəbli aktrisa evinin kredit pulunu ödəyə bilmədiyi üçün kömək istəmişdi.

657 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr