Aktrisa-modelin sinəsi açıq qaldı - foto
"Colette" filminin qala gecəsi oldu - foto 
Onlar eyni libas geyindilər - foto
Nura Suri klipi ilə bağlı tənqidlərə cavab verdi - video

Facebook instagram Twitter Youtube
ULDUZ

Filip Kirkorov gizli sirləri açıqladı

08-10-2018


Müğənni Filip Kirkorov qonaq olduğu verilişlərdən birində ilk dəfə heç vaxt danışmadığı bacısı barədə məlumat verib.

Muztv.az Rusiya mətbuatına istinadla xəbər verir ki, 50 yaşlı ifaçı doğma bacı və qardaşı olmamasına görə təəssüfləndiyini söyləyib:

"Anamın məndən başqa övladı olmayıb. Atam isə anam rəhmətə gedəndən sonra Lyudmila adlı qadınla evləndi. Onların Kseniya adlı qızı doğulmuşdu. Amma təəssüf ki, o, cəmi 7 gün yaşayıb. Mən Kseniya haqda yalnız o doğulandan sonra xəbər tutmuşam. O vaxtadək Lyudmilanın hamilə olduğunu bilmirdim. Bunu atam hər kəsdən gizlədib. buna səbəb isə Lyudmilanın 40 yaşının olması idi. Bu hamiləlik riskli olub. Atam da qorxub ki, əgər bu haqda kimsə bilsə, Lyudmilaya, yaxud uşağa nəzər dəyər. Həm də atam elə bilirdi ki, Lyudmila ilə evlənmişdi deyə mən onu bağışlamamışdım. Amma əksinə. Mən bacımın olduğunu biləndə çox xoşbəxt idim".

O deyib ki, bacısını xilas edə bilmədiyi üçün hələ də özünü qınayır: "O zaman Alla ilə evli idim. Əgər uşağın olduğunu bilsəydik, Lyudmilanı Moskvaya gətirərdik, o, yaxşı xəstəxanada, savadlı həkimlərin yanında doğardı və bəlkə bacım da sağ qalardı. İndi yaşasaydı, 15 yaşı olardı və bu gün o da mənimlə bu proqrama gələrdi. Bacımı xilas edə bilmədiyim üçün özümü bağışlaya bilmirəm".

Xatırladaq ki, hadisə 2002-ci ildə olub.

574 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti