Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı
Samir Cavadzadə yeni mahnı oxuyacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Əməkdar artist konsert verəcək

14-02-2014


    Əməkdar artist Sevda Ələkbərzadənin üç ildir üzərində çalışdığı albomun hazırlıq işləri başa çatıb.  Axşam.az-ın məlumatına görə, bu müğənni özü məlumat verib: “Artıq hazırlıqlar başa çatdı, indi dizayn işi ilə məşğuluq. Albom martın ilk günlərində təqdim olunacaq. Bu yaxınlarda Londonda, daha sonra Bakıda konsert verəcəyəm. Elə albomumu da burada təqdim edəcəyəm. Musiqi toplusunda mahnı yoxdur, hamısı klassik əsərdir. Bir neçəsinə klip də çəkəcəyik. Artıq ideyalarını düşünmüşəm”.

    Xalq artisti Səməd Səmədov toy qiymətlərini qaldırıb. Müğənni: “Bir dəfə Moskvada toy olmuşdu, mən də qonaq idim. Tədbirdə Araş, Filip Kirkorov da var idi. Məclisin sonunda gətirib Araşa 40 dəqiqə üçün 80 min, Filipə 45 dəqiqə üçün 100 min verdilər. Bizə isə onun qat-qat az məbləğini. Ondan sonra mən və bir neçə müğənni toy qonorarını qaldırdı. İndi mən beş-səkkiz-on min arası qonorar qarşılığında məclislərə gedirəm” – deyə addımını açıqlayıb.

    Müğənni Röya Ayxan həyat yoldaşı Anarı İnstaqram səhifəsində Sevgililər günü münasibətilə təbrik edib.  Anar bəyi öpdüyü zaman çəkdirdiyi şəkli paylaşan sənətçi bu sözləri qeyd edib: “Hər zaman sevin və sevilin”.

    Əməkdar artist Abbas Bağırov və müğənni Sevda Yahyayeva birgə konsert verəcəklər. Sənətçilər Novruz bayramı münasibətilə Almaniyanın Köln şəhərində konsert proqramı ilə çıxış edəcəklər. Qeyd edək ki, konsert martın 21-də Almaniya-Azərbaycan Mədəniyyət Evində baş tutacaq.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

784 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral




22 Fevral