Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Teoman: "Atalıq düşündüyüm kimi deyil"

14-02-2014


    Türkiyəli müğənni Teoman dostları ilə gəzintiyə çıxıb.Sənətçi pərəstişkarları ilə xatirə fotoları çəkdirib. Bir müddət əvvəl ata olmasından danışan Teoman övlad böyütməyin çətin olduğunu bildirib: "Atalıq çox çətindir. Heç düşündüyüm kimi deyil. Artıq yaşlanmışam. Bu şeylər insanı yorur. Bəzən uşağın altını da mən təmizləyirəm".

    Müğənni Selena Qomes “Adidas NEO” brendinin siması olub. Bu günlərdə müğənni fotokamera qarşısına keçib. Ulduz markanın reklam çəkilişləri üçün maraqlı fotosessiya etdirib. Xatırladaq ki, o, sözügedən firma ilə 2012-ci ildən əməkdaşlıq edir. 

   “Möhtəşəm yüz il” serialının 123-cü bölümündə Şahzadə Mustafanın edam səhnəsi böyük səs-küy doğurub. Sultan Süleymanın əmri ilə edam olunan Mustafanın ölüm səhnəsində rejissorun etdiyi yanlışlıq hər kəsin təəccübünə səbəb olub. Belə ki, tarixdə də göstərildiyi kimi Osmanlı cəlladları lal və kar olublar. Serialda cəlladlar Sultan Süleymandan edam əmri aldıqdan sonra Şahzadəyə hücum çəkirlər. Burada Mustafa olduqca güclü təsvir edilir və o, 6 cəlladı birdən itələyərək qaçmağa çalışır. Amma bu zaman Sultan Süleyman cəlladlara “Tez olun” əmrini verir. Rejissorun bu səhvi müzakirə mövzusuna çevrilib. Hər kəs Osmanlı cəlladlarının kar və lal olduğunu xatırladaraq bu əmrin verilməsini rejissorun səhvi kimi təqdim edib. 

   Türkiyəli müğənni Sibel Can yeni albomu "Qalata" üçün kamera qarşısına keçib. Sənətçi İstanbulun bir çox tarixi məkanlarında fotolar çəkdirib. Diqqət çəkən məqam Sibel Canın Qapalı Çarşının damına çıxması olub. İfaçı bu haqda təəssüratlarını bölüşüb: "Mənim üçün həm də turist gəzintisi oldu. Ceyms Bonddan sonra biz də Qapalı Çarşının damını kəşf etdik. Həqiqətən, möhtəşəm fotolar alındı".

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

860 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral






22 Fevral