Bəstəkar Qara Qarayevin doğum günüdür

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür. Pedaqoq, SSRİ Xalq artisti Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə Bakıda məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub.
i1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında professor Rudolfdan bəstəkarlığın, Üzeyir Hacıbəyovdan isə xalq musiqisinin əsaslarını öyrənib.
Daha sonra təhsilini Moskva Konservatoriyasında davam etdirib. Q. Qarayev 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot”, “Alban rapsodiyası” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması və s. Q.Qarayevin dünya musiqi xəzinəsinə bəxş etdiyi incilərdəndir.
Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib və Bakıda dəfn olunub. Məşhur bəstəkarın xatirəsini əbədiləşdirmək məqsədi ilə fevralın 3-də Bakının 28 May küçəsində onun orijinal abidəsi ucaldılıb.
Sahilə Aslanova
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
